Azərbaycanla oyuna qiymət verdi: “Bu, biabırçılıqdır”

22 Sentyabr 2025 04:00 Milli komanda 591
Azərbaycanla oyuna qiymət verdi: “Bu, biabırçılıqdır”

“Bu oyundan hansı təəssürat ola bilər? Məncə, bu, biabırçılıqdır.

Çox-çox pis nəticədir. Çünki belə oyunları udmaq, bu cür rəqibləri məğlub etmək lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin qapıçısı Anatoliy Trubin Azərbaycanla DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirb.

Qapıçı heç-heçəni məğlubiyyətə bərabər hesab edib:

“Nə və necə olmasından asılı olmayaraq, qələbə qazanmalıydıq. Əgər irəliləmək istəyiriksə, hər kəs fərdi şəkildə düşünməlidir.

Növbəti toplanış həlledici olacaq, ona görə də məqsədlərimizi necə yerinə yetirəcəyimiz barədə düşünməliyik”.

Azarkeşləri barədə danışan Trubin onların dəstəyini yüksək qiymətləndirib:

“Onlar hər zaman ən yaxşısıdır. Onlara heç bir irad ola bilməz.

Harada oynamamızdan asılı olmayaraq, daim yanımızdadırlar. Buna görə onlara böyük təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var