"Komandamız Azərbaycana qarşı çox zəif oyun nümayiş etdirdi"

22 Sentyabr 2025 01:10 Milli komanda 561
"Komandamız Azərbaycana qarşı çox zəif oyun nümayiş etdirdi"

Ukraynalı futbol mütəxəssisi İvan Getsko ölkəsinin DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun 2-ci turunda Azərbaycanla Bakıda keçirdiyi oyundan (1:1) sonra bu kvartetdəki perspektivlərdən danışıb.

Sportinfo.az "sport.ua"ya istinadən xəbər verir ki, Getsko millisinin qrupdan çıxmaq şanslarını dəyərləndirib:

"Ukrayna qrupdan çıxacaqmı? Birinci yerdə olmağımız çətin görünür. Amma ikinci pillədən pley-offa vəsiqə uğrunda mübarizə apara bilərik.

Bəli, millimiz Bakıda Azərbaycana qarşı çox zəif oyun nümayiş etdirdi. Lakin şanslar hələ də var.

Hər şey olmasa da, çox şeyə oktyabrın 10-da, Ukrayna yığmasının İslandiya ilə səfərdə qarşılaşacağı zaman bəlli olacaq".

57 yaşlı veteran futbolçu 1992-1997-ci illərdə Ukrayna millisində oynayıb. O, “Makkabi”(Hayfa), “Alaniya”, “Dnepr”, “Karpatı”, “Metallist” klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var