Bakıdan dilxor döndülər, indi də üzüaşağı gedirlər...

22 Sentyabr 2025 03:20 Milli komanda 744
Bakıdan dilxor döndülər, indi də üzüaşağı gedirlər...

Son FIFA reytinqində Azərbaycan millisi kimi, DÇ-2026-nın seçmə mərhələsindəki rəqibimiz Ukrayna yığması da geriləyib.

Sportinfo.az xəbər verir ki, ardıcıl Fransa (0:2) və Azərbaycanla (1:1) oyunlardakı uğursuz nəticə ukraynalıların 2 pillə geriləməsinə səbəb olub.

İyulda 26-cı yerə düşən komanda bu dəfə 2 millini özündən irəli buraxıb. Bunlar isə Kanada və Türkiyədir.

Maraqlıdır ki, Ukrayna yığması son iki il yarımda FIFA reytinqində ən pis göstəricisinə imza atıb. Bunda Bakıdakı qarşılaşma böyük rol oynayıb.

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki digər rəqibləri Fransa 2-ci (1 pillə irəliləyib), İslandiya isə 74-cü (mövqeyi dəyişməyib) pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var