Qəfil zəng: Azərbaycan yığmasında oynayacaqsan, gəl! - VİDEO

19 Sentyabr 2025 16:40 Milli komanda 2 745
Qəfil zəng: Azərbaycan yığmasında oynayacaqsan, gəl! - VİDEO

“Bu, çox nadir hadisədir, belə bir şey yoxdur”.

Futbol eksperti Emin Abbasov «Sabah»ın yarımmüdafiəçisi Abdulla Xaybullayevin son anda milliyə çağırılmasına bu cür reaksiya verib.

O, Dağıstan kökənli orta sahə oyunçusu barədə ATV kanalında yayımlanan «Futbolumuz» verlişində danışıb.

Bildirib ki, 1 günlük yığmanın sükanı arxasına keçən Ayxan Abbasov onu əsas heyətə daxil etməklə çox düzgün addım atıb.

Xaybullayevin Ukrayna ilə dünya çempionatının seçmə mərhələ oyununda (1:1) möhtəşəm performans sərgilədiyini deyən teleşərhçi qeyd edib ki, hər şey bir gecənin içində baş verib.

Abbasovdan gələn qəfil zəng Xaybullayevi millinin düşərgəsinə aparıb, halbuki Fernandu Santuş burada çalışdığı 1 il ərzində adıçəkilən yarımmüdafiəçiyə heç gözünün ucuyla da baxmayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var