Fatih Terim millimizə təyinatına qarşı çıxdı: "Bizə lazım deyil" - VİDEO

17 Sentyabr 2025 16:40 Milli komanda 3 418
Fatih Terim millimizə təyinatına qarşı çıxdı: "Bizə lazım deyil" - VİDEO

«Hansısa əcnəbi məşqçi bunu Azərbaycan millisində edə bilməz».

Bu fikirlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Fernandu Santuşdan boşalan baş məşqçi postuna xarici mütəxəssisin dəvət edilməsinin yığmamızı növbəti dəfə uğursuzluğa sürükləyəcəyinə dair xəbərdarlıq eləyib.

Tanınmış telejurnalist hətta Fatih Terimin mümkün təyinatının əleyhinə arqumentlər gətirib.

Rzayev bildirib ki, «İmperator» ləqəbli sükançı karyerasının qürub çağını yaşayır və gəlişi ilə ölkəmizin bir nömrəli komandasının ölmüş ruhunu diriltməyəcək.

Aparıcı bu vəzifənin birmənalı şəkildə yerli mütəxəssisə tapşırılmasının vacib olduğunu vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var