AFFA millidən qovduğu baş məşqçiyə nə qədər təzminat ödəmək istəyir?

16 Sentyabr 2025 14:00 Milli komanda 1 749
AFFA millidən qovduğu baş məşqçiyə nə qədər təzminat ödəmək istəyir?

Fernandu Santuşun Azərbaycan yığmasının baş məşqçi postundan ayrılmasından sonra onun nə qədər təzminat aldığı müzakirə mövzusuna çevrilib.

Həm sosial şəbəkələrdə, həm mediada müxtəlif rəqəmlər səsləndirilir.

Təcrübəli mütəxəssisin millimizin sükanı arxasından uzaqlaşdırılmasına görə 1, 1,5, 2 milyon məbləğində təzminat aldığı deyilir.

Amma xeyr! Santuş Azərbaycandan gedərkən AFFA-dan heç bir təzminat almayıb.

Bu məsələ hələ də açıq qalır. Portuqaliyalı çalışdırıcının meneceri yerində danışıqlar aparmaq üçün Azərbaycana gələcək.

«Beşiktaş»ın sabiq baş məşqçisi 20204-cü ilin yayında AFFA ilə 4 illik müqavilə imzalayıb. O, 2028-ci ilin sonunadək millini çalışdırmalı idi.

Lakin komandanın DÇ-2026-nın seçmə mərhələsinə uğursuz start verməsi bu izdivacın sonunu tez gətirdi. İslandiyada qeydə alınan 0:5 hesablı məğlubiyyət Santuşun «qələminin qırılmasını» qaçılmaz etdi, müqaviləyə birtərəfli qaydada xitam verildi.

Əlbəttə, federasiya onunla yollarını ayırarkən, təzminatı gözünün altına alıb. Çünki Santuşun kompensasiya almadan Azərbaycandan çıxıb getməyəcəyini yaxşı biliblər.

Ödəmə etməyə də hazırdırlar, lakin səbəbkarın arzusunda olduğu qədər (4,5 milyon avro) yox. AFFA cəmi 2 milyon avro xərcə düşməyə razıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş