Çılğına döndü: "Buna görə dünyada rüsvay olduq" - VİDEO

16 Sentyabr 2025 15:00 Milli komanda 1 713
Çılğına döndü: "Buna görə dünyada rüsvay olduq" - VİDEO

"Biz buna görə dünyada rüsvay olduq".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə aiddir.

O, millimizin müdafiəçisi Rəhman Daşdəmirovun İslandiya ilə matçda (0:5) etdiyi hərəkətə qəzəbli reaksiya göstərib.

Tanınmış telejurnalist arxa xətt oyunçusunun DÇ-2026-nın seçmə mərhələsinin ilk qarşılaşmasının 30-cu dəqiqəsində aldığı sarı vərəqənin analoqunun olmadığını bildirib.

Qeyd edib ki, bu, praktikada rast gəlinməyən haldır və heç cür məntiqi izahı yoxdur.

Rzayev mücadilənin başa çatmasına 1 saat qaldığı halda, Daşdəmirovun vaxtı uzatmaq istəməsi anlaşılmazdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş