Bomba xəbərini Bakıda alan qonaq oyunçu: “Ailəm üçün narahat idim”

15 Sentyabr 2025 14:20 Milli komanda 816
Bomba xəbərini Bakıda alan qonaq oyunçu: “Ailəm üçün narahat idim”

“Ailəm üçün narahat idim”.

Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov deyib.

Yığmanın 23 yaşlı üzvü DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirilən oyundan (1:1) əvvəl Kiyevdəki evinin yaxınlığına raketin düşməsi barədə danışıb:

"Psixoloji cəhətdən çox ağır idi. Hazırda həyat yoldaşım uşaqlarımızla valideynlərinin evinə köçüb.

Düşünürəm ki, siz də şəkillərdə görmüsüz - mərmi 15-ci mərtəbəyə düşmüşdü. O an ailəm 9-cu mərtəbədə idi.

Bina kompleksinin ərazisi də dağıntılar altındadır, bir çox avtomobil zədələnib. Davamlı olaraq pəncərələr sınır, bir çox mənzilin şüşələri dağılıb".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş