Santuşin istefaya göndərilməsini kim təkid edib? - FOTO

15 Sentyabr 2025 01:00 Milli komanda 748
Santuşin istefaya göndərilməsini kim təkid edib? - FOTO

Azərbaycan millisinə gəldiyi gündən qələbənin nə olduğunu bilməyən Santuşun istefası çoxdan yetişmişdi.

Əslində, millimiz Millətlər Liqasında D divizionuna yuvarlanandan sonra Santuş qovulmalıydı. Amma AFFA həmişəki kimi vaxtında düzgün qərar verə bilmədi.

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, İslandiyaya biabırçı hesabla məğlubiyyətdən sonra gerçəkləşən istefa AFFA-nın baş katibi Cahangir Fərəcullayevin təkidi ilə olub.

Yəni, ümumi götürəndə federasiyanın rəhbərliyində təmsil olunanların çoxu Santuşun istefasına isti baxıb. Lakin Ukrayna ilə oyuna saatlar qalmış belə bir addımın atılması tərəddüdlər yaradıb.

Cahangir Fərəcullayev isə rüsvayçı məğlubiyyətdən sonra Santuşun iş başında qalmasının doğru olmadığını deyib. Məhz baş katibin prinsipial mövqe göstərməsi nəticəsində Santuşun qovulmasına dair qərar qəbul olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş