
"Millimizin yeni baş məşqçisi yerli, yoxsa legioner olacaq” sualı hələ də cavabsız qalır.
Namizədlərdən biri kimi Fatih Terim göstərilir.
Türkiyəli həmkarlarımızdan aldığım xəbərə görə, tərəflər arasında ilkin görüş olub. Sadəcə olaraq, bəzi dairələrin rəsmi təsdiqi lazımdır.
Bir həftə ərzində dəqiq cavab deyə bilərik ki, "İmperetor" ləqəbli çalışdırıcı yığmamıza təyin ola bilər, ya yox".
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Azərbaycan millisinin baş məşqçi postuna namizədlərlə bağlı çox önəmli məlumatlar əldə edib.
Belə ki, Türkiyənin tanınmış mütəxəssislərindən Fatih Terimin xidməti AFFA-ya təklif olunub.
Bu və ya digər məsələlər haqda E.Cəfərov önəmli açıqlamalarla diqqət çəkib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN