Əcnəbi(lər) gəlməlidir! – Xilasın tək yolu budur

13 Sentyabr 22:20 Milli komanda 257
Əcnəbi(lər) gəlməlidir! – Xilasın tək yolu budur

Fernandu Santuşla yolları ayıran AFFA milli komandanı müvəqqəti olaraq Ayxan Abbasova tapşırıb.

Bu, çoxdan olmalıydı. Hələ Berti Foqts ölkəmizi tərk edəndən boğazımızı yorurduq ki, yığmaya indiki halıyla azərbaycanlı rəhbərlik etməlidir.

Assosiasiyanın başında duranlar Robert Prosineçkiyə, Nikola Yurçeviçə, Canni de Byaziyə, sonda Fernandu Santuşa bel bağlamaqla (pul qazandırmaqla) 8-9 ili boşa verdilər.

Artıq zamandır. Bu dəfə doğru-düzgün addım atıb, yığmanı içimizdən birinə həvalə etmək mütləqdir. Ölkədə səviyyəli yerli futbolçu sarıdan korluq çəkdiyimiz vaxtda hansısa əcnəbiyə gərək yoxdur.

Ayxan Abbasov kifayət qədər yaxşı seçimdir. Hətta müvəqqəti stəyinatdırsa belə, Arif Əsədov, Azər Bağırov, Rəşad Sadıqov variantlarını gözdən keçirmək lazımdır.

Bəli, bu gün Azərbaycan futbolunun əcnəbi mütəxəssis(lər)ə ehtiyacı var. Lakin həmin adam millinin başında yox, AFFA-da önəmli vəzifələrdən birində yer alıb, futbolumuz üçün hazırlanmış İnkişaf Strategiyasına nəzarət etməlidir.

Hər şeyə sıfırdan – uşaq futbolundan başlamaqla yaxın 5-10 ildə xoş günlər görəcəyimizə ümid edə bilərik.

Çünki illərdir AFFA-da əsas söz sahibinə çevrilən şəxslərdən heç biri futbol adamı olmayıb. Təəssüf ki, bu gün də belədir. Bacarıqlı idarəçi olmaqla futbolun sirlərini dərindən bilmək fərqli anlayışlardır. Bizdə futbolu bilən yoxdur deyə, uduzuruq, geri qalırıq, yerimizdə sayırıq.

Bu gün qardaş Türkiyə, qonşu Gürcüstan, Qazaxıstan, İran kimi ölkələrin yerli federasiyalarında mühüm postları keçmiş futbolçular tutur.

Deyək ki, bizdəki sabiqlərin arasında fərasətli idarəçi yoxdur. Anladıq.

O zaman xaricdən gətirin. Millinin baş məşqçisinə və köməkçisinə verilən qalaq-qalaq pulları idarəçilərə xərcləyin. Siyasət müəyyənləşdirib, ölkə futbolunun gələcəyi adına iş görsünlər.

Ancaq bir şərtlə, əllərinə-ayaqlarına dolaşıb, işlərinə mane olmayın. Onları da “day-day”, “tapış” xəstəliklərinə qurşandırmayın. İmkan verin, İspaniyada, Niderlandda, Serbiya, yaxud Xorvatiyada gördüyü işləri burada davam etdirsinlər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?