Bakıdakı olayın səbəbkarını ələ saldı: “Elə yıxıldı ki, guya çəkiclə başına vurdular”

13 Sentyabr 2025 09:20 Milli komanda 1 246
Bakıdakı olayın səbəbkarını ələ saldı: “Elə yıxıldı ki, guya çəkiclə başına vurdular”

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan ilə keçirilən oyunun 3-cü dəqiqəsində baş verən hadisə Ukrayna ictimaiyyəti tərəfindən hələ də müzakirə olunur.

Sportinfo.az xəbər verir ki, ukraynalı sabiq hakim Sergey Şebek millimizin qapısına təyin olunan penaltinin VAR-a baxıldıqdan sonra ləğv olunmasına münasibət bildirib.

65 yaşlı FIFA referisi həmin epizodda hücumçuları Vladislav Vanatın yanlış addım atdığını söyləyib:

“Vanat müdafiəçidən yayınırdı, o isə çiyninə yüngül toxundu. Bundan sonra hücumçu elə yıxıldı ki, guya çəkiclə başına vurdular.

Vanat niyə qıvrılıb üzünü tutmağa başladı, anlaşılmazdır. Qapıya doğru hərəkət edib qol vurmağa cəhd etmək əvəzinə sadə toxunuşu şişirdib penalti qazanmağa çalışdı.

Hakimə elə gəldi ki, Vanatı, həqiqətən də, çiynindən saxlayıblar, amma VAR hakimi diqqətlə izləyərək belə yıxılmanı aldadıcı hesab etdi.

Onunla razılaşmaq olar. Vanata isə məsləhət vermək lazımdır: Əl toxunuşundan və küləkdən yıxılma”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Ukrayna oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş