.jpg)
Futbolda şans almaq üçün iynə dəliyi qədər verilən fürsəti dəyərləndirməyi bacarmalısan.
Ayxan Abbasov həmin dəlikdən də balaca şansını maksimum qiymətləndirməyi bacardı.
İslandiyada 0:5 uduzan, psixoloji olaraq darmadağın durumda olan bir millini toparlamaq üçün cəmi 32 saat vaxtı vardı.
Bu müddətdən yatmağı, yemək vaxtını çıxası olsaq ortada daha az müddət qalır.
Bu qədər ağır, məhdud şərtlər altında belə Abbasov ortaya iş çıxara bildi.
Futbolçuların ölən ruhunu, azarkeşlərin darmadağın olan inamını geri qaytara bildi.
Ukrayna kimi güclü rəqibə buraxılan qoldan başqa demək olar real qol fürsəti verilmədi. Bu, taktiki savaşda həmkarını məğlub etməyin real göstəricisidir.
Oyunun ən yaxşılarından olan Abdulla Xaybulayevi dünən milliyə dəvət etmişdi. Yarımmüdafiəçi meydanda olduğu 70 dəqiqədə qərarın doğru olmasını artıqlaması ilə sübut etdi.
Ötən oyundan fərqli olaraq əsas heyətdə yer alan Anton Krivotsyuk ən yaxşılardan idi.
Mahmudovu 84-cu dəqiqədə bu qədər döyüşkən gördüyümü xatırlamıram.
3 fərqli mövqedə oynamağı bacaran Toral Bayramovu ehtiyatda saxlamaq doğru gediş idi.
"Qarabağ"lı məhz əvəzetmədən meydana çıxandan sonra milli üçüncü zonada daha diri görünməyə başladı. Penaltini qazandığımız epizodun iştirakçısı oldu.
Elvin Cəfərquliyevə sadəcə BRAVO!
Problemlər barədə də çox danışmaq olar.
Ən çox ümid bəslədiyimiz Mahir Emreli ən zəif bənd idi.
Rüstəm Əhmədzadə effek vermədi və.s.
Amma ümumilikdə bir gün belə yetərli oldu ki, Ayxan Abbasov bu milliyə milyonlar verib santuşların, de byazilərin gətirilməsinin yersiz olduğunu göstərsin.
Elə yola da bu adamla davam etmək olar.
Söz AFFA-da.
Ümid edək ki, bu dəfə əcnəbi sevdası yenə millinin başı üzərində pərvaz etməyəcək.
XANOĞLAN İMANOV