Ukrayna komandası Bakıya iki debütantla gəlir

02:10 Milli komanda 92
Ukrayna komandası Bakıya iki debütantla gəlir

Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyun üçün açıqlanan heyəti ilə bağlı araşdırma aparılıb.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat baş məşqçi Sergey Rebrovun bir sıra dəyişikliklərə əl atdığını yazıb.

Komandada 2 debütant var. U-21-in heyətində AVRO-2025-də iştirak edən Kiyev “Dinamo”sunun 20 yaşlı müdafiəçisi Taras Mixavko və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Oleq Oçeretko ilk dəfə əsas milliyə çağırılıblar.

Bundan başqa son qarşılaşmaları buraxan 4 oyunçu yenidən heyətə qayıdıb. “Everton”un müdafiəçisi Vitali Mikolenko zədəsini sağaldaraq kollektivə qoşulub.

Həmçinin “Brentford”un yarımmüdafiəçisi Yeqor Yarmolyuk, “Roma”nın hücumçusu Artyom Dovbik və “Dinamo”nun forvardı Vladislav Vanat yenidən A millinin formasını geyinmək şansı qazanıblar.

Eyni zamanda, daha bir futbolçu qarşıdakı görüşlərdə yığmada debüt edə bilər. “Şaxtyor”un yarımmüdafiəçisi Artyom Bondarenko 3 dəfə dəvət edilsə də, hələ meydana çıxmayıb.

Əvvəlki matçlarla müqayisədə 6 oyunçu kənarda qalıb. Bunlar müdafiəçilər Maksim Talovyerov, Vladislav Dubinçak, Aleksandr Martinyuk, həmçinin yarımmüdafiəçilər Nikolay Mixaylenko, Vladislav Kabayev və Yeqor Nazarinadır.

Ukrayna millisi sentyabrın 5-də Vrotslavda Fransa, dörd gün sonra isə Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 20:00 Çək və bizə göndər!
31 Avqust 09:00 Bu rayonda futbol olacaq?