“Azərbaycanla oyunda xal itirməmək vacibdir”

1 Sentyabr 2025 01:10 Milli komanda 355
“Azərbaycanla oyunda xal itirməmək vacibdir”

Ukrayna millisinin sabiq futbolçusu Aleksey Belik DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycan yığmalarına qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis heyətlə bağlı bir sıra problemlərin olduğunu söyləyib.

Keçmiş hücumçu ən çox aparıcı futbolçuların formadan uzaq olmalarından narahatdır:

“Komanda uzun müddətdir bir araya gəlmir, liderlərin hansı formada olması ilə bağlı suallar var. Elə bir futbolçu yoxdur ki, yüksək formada olsun və kollektivi arxasınca aparsın.

Amma eyni zamanda yeni dövr gənclər üçün şans yaradır. Komandada perspektivli oyunçular var.

Nəsil dəyişikliyi baş verə bilər, amma kimə əsas heyətdə şans vermək Rebrovun qərarıdır. Əsas problem legionerlərin, xüsusilə Aleksandr Zinçenkonun oyun praktikasının azlığıdır.

Fransa ilə ilk oyun bütün turnirin axarına təsir edə bilər. Müsbət nəticə psixoloji təkan olacaq.

Biz ikinci yer uğrunda mübarizədə favoritik, amma İslandiya və Azərbaycanla görüşlərdə xal itirməmək vacibdir”.

Ukrayna yığması sentyabrın 5-də Vrotslavda Fransa, 9-da isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti