Millimizin iki oyunçusunda pasport problemi yarandı, xaricə gedə bilmirlər

31 Avqust 02:50 Milli komanda 391
Millimizin iki oyunçusunda pasport problemi yarandı, xaricə gedə bilmirlər

Azərbaycan millisinin iki futbolçusu pasport problemlərinə görə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlarda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Fernandu Santuş açıqlayıb.

Onun sözlərinə görə, "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov və Albaniyanın "Partizani" klubunun hücumçusu Vüsal İsgəndərlinin pasport problemi var.

Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 17:50 Çək və bizə göndər!