“Ona böyük hörmətim var, oynamadığı üçün milliyə dəvət almır”

30 Avqust 2025 08:40 Milli komanda 480
“Ona böyük hörmətim var, oynamadığı üçün milliyə dəvət almır”

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş yığmaya çağırmadığı komandanın kapitanı Bədavi Hüseynov haqda danışıb.

O, deyib ki, 34 yaşlı müdafiəçi diqqətindədir, sadəcə "Qarabağ"da meydana az çıxdığı üçün milliyə dəvət edilməyib:

"Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almır.

Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik".

Bədavi Hüseynov 2012-ci ildən müntəzəm olaraq Azərbaycan milisinə dəvət alır və oyunlarda iştirak edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Fevral 18:10 Çək və bizə göndər!