Azərbaycan millinin heyəti nə vaxt açıqlanacaq?

28 Avqust 2025 08:20 Milli komanda 618
Azərbaycan millinin heyəti nə vaxt açıqlanacaq?

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Avqustun 29-da AFFA-nın inzibati binasında təşkil olunacaq konfrans saat 11:00-da başlayacaq.

Bildirilib ki, mətbuat konfransında milli komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki digər rəqibi Fransa yığmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...