Azərbaycan millisinin final mərhələsi üçün heyəti - ADLAR

02:40 Milli komanda 92
Azərbaycan millisinin final mərhələsi üçün heyəti - ADLAR

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində 2025 Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil

Millimizin oyunlarının təqvimi belədir:

11 sentyabr
16:00. Azərbaycan – Belçika

12 sentyabr
12:15. Litva – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!