DÇ-2026 - Azərbaycan yığmasına heç bir şans vermədilər

01:20 Milli komanda 164
DÇ-2026 - Azərbaycan yığmasına heç bir şans vermədilər

Xarici mütəxəssislər DÇ-2026-nın seçmə mərhələsində qruplardakı şansları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı D qrupundakı şanslar barədə də fikir bildirilib.

Qrupun aşkar favoriti Fransadır. Mütəxəssislər fransızların ilk iki yerdən birini tutacağına şübhə etmirlər.

Hətta əksəriyyət son dünya çempionatının finalçısının birinci pillədə qərarlaşacağını düşünür.

Qrupumuzun ikinci şanslı komandası Ukrayna hesab olunur. İslandiyanın isə ən pis halda üçüncü olacağı ehtimal edilir.

O ki qaldı Azərbaycan millisinə, mütəxəssislər yığmamıza heç bir şans vermir.

Komandamızın qrupda ilk iki yerdən birini tutmaq ehtimalı sıfıra bərabər qiymətləndirilir. Fernandu Santuşun yetirmələri qrupun aşkar autsayderidir.

Millimiz qrupda ilk iki oyununu sentyabrın 5-də səfərdə İslandiya, 9-da isə evdə Ukraynaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 18:10 Çək və bizə göndər!
23 Avqust 08:30 "Neftçi" hara gedəcək?
23 Avqust 05:00 “Neftçi” ücün İslam