“Gürcülər bizimlə heç-heçəyə sevinirsə, deməli, düzgün yoldayıq”

11 İyun 14:20 Milli komanda 264
“Gürcülər bizimlə heç-heçəyə sevinirsə, deməli, düzgün yoldayıq”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələ şəhər stadionunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (1:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Nəbiyev yığmanın böyük potensiala sahib olduğunu söyləyib:

“Maraqlı oyun oldu. Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik.

Qol imkanlarımız olsa da, yararlana bilmədik. Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq.

Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var.

Gösərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır.

Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.

U-17 millisi toplanış çərçivəsində Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Gürcüstan seçməsi ilə 1:1 hesablı heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!