Emin Mahmudov: “Onun baş məşqçi postunda qalıb-qalmayacağını bilmirəm”

11 İyun 11:20 Milli komanda 887
Emin Mahmudov: “Onun baş məşqçi postunda qalıb-qalmayacağını bilmirəm”

“Rəqib çox səviyyəli komandadır, onlar bizdən daha yaxşı idilər və qələbəyə də layiq idilər”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov evdə Macarıstana 1:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşü haqda deyib.

33 yaşlı yarımmüdafiəçi komandalar arasında səviyyə fərqinin olduğunu bildirib:“Bizdə Dominik Soboslai kimi futbolçu yoxdur.

O, yerindən 50 metr məsafəyə pas verə bilən oyunçudur. Buna görə də çətin idi. Çalışmağımız lazımdır”.

O, matçın sonunda epizodlarının olduğunu söyləyib:

“Heç-heçə də edə bilərdik. Qapıya zərbələrdə fərqin olduğunu bilirəm.

Oyunumuz alınmadı. Əks-hücumlarda daha yaxşı olmaq istəyirdik.

Oyunun sonunda çalışdıq ki, rəqibi qapısına doğru sıxaq. Epizodlarımız var idi, amma vura bilmədik”.

Millinin kapitanı komandasının 10 oyun qələbəsizlik seriyasını belə şərh edib:

“Daha yaxşı oynaya bilərik. Bir ildir qələbə qazana bilmədiyimizi başa düşürəm. Azarkeşlər də qələbə gözləyirlər”.

Mahmudov yığmanın baş məşqçisi Fernandu Santuşun istefaya göndəriləcəyi ilə bağlı məlumatının olmadığını söyləyib:

“Onun qalıb-qalmayacağını bilmirəm. Bizim işimiz daha yaxşı oynamaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!