Uduzmaqdan yorulmuruq yenə... VİDEO

11 İyun 01:20 Milli komanda 341
Uduzmaqdan yorulmuruq yenə... VİDEO

Azərbaycan millisi hazırkı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edib. "

Liv Bona Dea Arena"da oynanılan görüş millimizin məğlubiyyəti ilə başa çatıb - 1:2.

Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.

Daha əvvəl - bu ilin martında keçirilən yoxlama matçlarında isə Azərbaycan millisi Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.

Yığmamız ümumilikdə Santuşun baş məşqçiliyi ilə 10 oyunun heç birində qalib gələ bilməyib. 8-ci dəfə uduzan milli komanda yalnız iki dəfə heç-heçəyə nail olub.

Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüş olub.

Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.

Azərbaycan - Macarıstan 1:2

Qollar: Renat Dadaşov, 9 - Barnabas Varqa, 5, Dominik Soboslai, 33

Digər Xəbərlər
Xəbər Lenti