"Meydanda daha yaxşı komanda biz idik, amma qol vurmaq şansımız olmadı”

10 İyun 13:40 Milli komanda 252
"Meydanda daha yaxşı komanda biz idik, amma qol vurmaq şansımız olmadı”

Monteneqronun 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Qoran Perişiç Azərbaycana qarşı Sumqayıtda keçirilmiş yoldaşlıq görüşündə əldə olunan heç-heçəni (0:0) şərh edib.

Sportinfo.az “Lob Sport”a istinadən xəbər verir ki, Perişiç görüş haqda bunları deyib:

"Sentyabrın seçmə mərhələsinin başlamazdan əvvəl növbəti sınaq oldu. Start heyətində Türkiyə ilə oyunda daha az oynayan futbolçular var idi.

Düşünürəm ki, biz meydanda daha yaxşı komanda idik. Sadəcə olaraq, qol vurmaq şansımız olmadı.

Milli komandanın formasını geyinmiş futbolçuların münasibəti və istəyi ürəkaçandır. Uşaqlar bu iki matçda hər şeyi etdilər".

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!