Azərbaycan millisinin sabiq hücumçusu BƏDBİNLİK İÇİNDƏ

10 İyun 08:20 Milli komanda 834
Azərbaycan millisinin sabiq hücumçusu BƏDBİNLİK İÇİNDƏ

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev yığmanın Macarıstanla keçiriləcək yoldaşlıq matçında uğursuzluq tilsiminə son qoymasının çətin olacağını düşünür.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlama verən 36 yaşlı mütəxəssis millini bu matçda çətin sınaq gözlədiyini söyləyib.

"Macarıstan Latviyadan qat-qat güclüdür və heyətlərində adlı-sanlı futbolçular yer alır. Onların son olaraq UEFA Millətlər Liqasında Türkiyəyə qarşı keçirdikləri oyunu izləmişdim.

Heyətlərində keyfiyyətli futbolçular çoxdur. Təəssüf ki, Azərbaycan millisi baş məşqçi Fernandu Santuşun gəlişindən sonra qələbə qazana bilməyib.

Macarıstanla matçda bu tilsimi qırmaq çətin olacaq. Çünki rəqib güclüdür. Ən azından öz meydanımızda çıxış etdiyimiz üçün maraqlı görüş gözləyirəm. Futbolçularımıza inanırıq".

Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti