_1.jpg)
Azərbaycan U-21 millisinin kapitanı Ayxan Süleymanlı Monteneqrondan olan həmyaşıdları ilə baş tutan yoxlama görüşündə (0:0) sonra Sportinfo.az-a açıqlama verib.
Müdafiəçi ilk olaraq matçı dəyərləndirib:
"Ağır oyun oldu. Güclü rəqiblə qarşılaşırdıq. Amma layiqli mübarizə apardıq. Yaxşı qol imkanlarımız oldu. Təəssüf ki, dəyərləndirə bilmədik.
Qol vura bilsəydik bizim üçün daha rahat olardı. İnşallah, növbəti oyunlarda bu problemi də arxada qoymuş olarıq".
Final fitindən sonra meydanda kütləvi dava yaşandı. Hadisələrin mərkəzində olan oyunçulardan biri də Süleymanlı özü idi.
Kapitan başverənlər barədə bunları dedi:
"Oyunun əvvəlindən rəqib oyunçu bizim ünvanımıza söyüş söyürdü. Sanki bizi qızışdırmağa çalışırdılar. Hətta biri mənə yaxınlaşıb, oyundan sonra görüşərik dedi.
Final fitindən sonra komanda yoldaşıma qarşı hücum etdilər. Ən yaxında mən idim. Araya girib müdaxilə edəndən sonra qarşılıq düşdü və mübahisə böyüdü. Oyundan sonra üz-üzə gəlmək fürsətimiz olmadı".
XANOĞLAN / SPORTİNFO.AZ