“Macarıstana yaxşı oyunla qalib gəlmək mümkündür”

9 İyun 2025 17:00 Milli komanda 482
“Macarıstana yaxşı oyunla qalib gəlmək mümkündür”

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Macarıstanla yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az 28 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Sabah bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq.

- "Sabah"la kubok matçındakı yorğunluq Latviya ilə oyunda öz təsirini göstərdi?

- Xeyr, heç bir təsir göstərmədi.

- Macarıstanı məğlub etmək nə dərəcədə realdır?

- Məqsədimiz baş məşqçinin tapşırıqlarını yerinə yetirmək qələbə üçün çalışmaqdır. Yaxşı oyunla qalib gəlmək mümkündür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti