
“Yaxşı qol vəziyyətlərimiz oldu, amma bunlardan istifadə edə bilmədik".
Sportinfo.az xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov Latviya ilə səfərdə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunu haqda deyib.
33 yaşlı yarımmüdafiəçi yaxşı oyun sərgilədiklərini iddia edib:
"Müdafiədə kompakt oynamağa və əks-hücumlarda epiozdlar yaratmağa çalışırdıq. Bu, bizə gələcək oyunlarda lazım olacaq".
O, komandasının son 5 oyunda qol vurmağı bacarmamasına və bir ilə yaxın müddətdə qələbə qazana bilməməsinə səbəb tapa bilməyib:
“Şanslarımız olur, amma son nöqtəni qoymaq çatışmır. Məncə, futbolçular topu özlərində çox saxlayırlar. Ümid edirəm ki, qollar da qələbələr də gələcək".
Mahmudov DÇ-2026-nın seçmə mərhələsində güclü komandalarla qarşılaşacaqlarını söyləyib:
“Hələ vaxtımız var. Çalışacağıq ki, diqqətlə hazırlaşaq.
Müdafiədə kompakt oynamağımız qrupda güclü komandaların olması ilə bağlıdır”.