
Macarıstan millisinin kapitanı Dominik Soboslai iyunun 10-da Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, bununla əlaqədar İngiltərə "Liverpul"unun yarımmüdafiəçisi X sosial şəbəkə hesabında paylaşım edib.
25 yaşlı oyunçu iyunun 6-da İsveçə evdə 0:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşünün istədikləri kimi alınmadığını bildirib.
Lakin onun sözlərinə görə, hədəfləri hər zaman qalib gəlməkdir:
"Çərşənbə axşamı və dünya çempionatının qarşıdakı seçmə oyunlarında hər şey başqa cür olacaq. Dəstəyinizə görə çox sağ olun. Sentyabrda görüşənədək"!
"Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Macarıstan görüşü saat 20:00-da başlanacaq.
Macarıstan DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla birlikdə F qrupunda yer alıb.
Azərbaycan isə D qrupunda Fransa, Ukrayna və İslandiyaya qarşı mübarizə aparacaq. Hər iki qrupda mübarizəyə setyabrda start veriləcək.