
Azərbaycan millisi bu dəfə Latviya ilə bacarmdı.
Fernandu Santuşun kollektiv Riqada keçirilən yoxlama görüşündə meydandan qolsuz bərabərliklə ayrıldı.
Bununla da portuqaliyalı çalışdırıcının Azərbaycan millisindəki uğursuz seriyası davam etmiş oldu.
Ölkənin bir nömrəli komandasının bu cür aciz çıxışı azarkeşlərin də diqqətindən kənarda qalmayıb.
Qələbə həvəsi ilə alışıb-yanan tərəfdarlar matçdan sonra sosial şəbəkələrdə Santuş və yetirmələrinin ünvanına s'rt tənqid yağdırıb:
"Biz kimi uda bilərik?"
"İrəliləyiş var, məğlub olmadıq".
"Macarıstan millisi ilə oyuna zəhmət olmasa çıxmayın".
"5 oyun və sıfır qol. Dünyanın ən təhlükəsiz hücum xətti bizdədir".
"Milli ləğv edilsin".
"Bir normal hücum görmədik. Çox maraqsız və cansıxıcı oyun oldu. Rəzalət!".
"Məhlə futbolu".
"Millimizin oyunundan sonra yalnız əsəb və stress".
"Utanmırsız?".
XANOĞLAN / SPORTINFO.AZ