
Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə Latviya yığması ilə qarşılaşacaq.
Riqa şəhərindəki “Skonto” stadionunda baş tutacaq matç saat 17:00-da start götürəcək.
Oyunun baş hakimi maltalı Trustin Farruca Kann olacaq.
Azərbaycan millisi iyunun 10-da Bakıdakı “Liv Bona Dea Arena”da Macarıstan yığmasını qəbul edəcək.
Azərbaycan yığması bu il keçirdiyi əvvəlki yoxlama matçlarının hər ikisində – Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.
17:00. Latviya – Azərbaycan 0:0
Baş hakim: Trustin Farrucya Kann (Malta)
Riqa, “Skonto” stadionu
Azərbaycan: 23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (kap.), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədliyev, Aydın Bayramov, Xəyal Əliyev, Zamiq Əliyev, Mert Çelik, A.Hüseynov, Cəlal Hüseynov, İ.İbrahimli, S.Şahniyarov, A.Nuriyev, R.Rüstəmli, Musa Qurbanlı, Renat Dadaşov
Baş məşqçi: Fernandu Santuş
Latviya: 23. Rihards Matreviçs, 3. Vitaliys Yaqodinskis, 21. Deniss Meļņiks, 2. Daniels Balodis, 20. Maksims Toņişevs, 16. Alvis Yaunzems, 25. Kristers Penkeviçs, 15. Dmitriys Zelenkovs, 7. Eduards Daşkeviç, 17. Lukas Vapne, 18. Marko Reqza
Ehtiyat oyunçular: 1. Krisyanis Zviedris, 12. Frenks Davids Orols, 22. Alekseys Savelyevs, 13. Raivis Andris Yurkovskis, 6. Kristers Tobers, 8. Renars Varslavans, 11. Qļebs Jaleiko, 24. Kristaps Qrabovskis, 10. Yanis İkaunieks, 9. Vladislavs Qutkovskis, 19. Bruno Melnis, 5. Antoniys Çernomordiys
Baş məşqçi: Paolo Nikolato