Millidə “vurulan” Emin Mahmudovun bərpa olunan HAQQI

17:00 Milli komanda 307
Millidə “vurulan” Emin Mahmudovun bərpa olunan HAQQI

Arxada qoyduğumuz mövsüm Emin Mahmudov üçün arzuolunmaz hadisələrlə zəngin oldu.

Öncə "Neftçi"də, ardınca milli komandada kapitanlıq sarğısı əlindən alındı.

Xoş olmayan münasibətlə üz-üzə qaldı.

Təbii ki, bu qədərinə dözmək psixoloji olaraq asan deyildi.

Davamında aldığı zədələr "8 nömrə"ni əməlli-başlı kölgəyə atmış oldu. Formasında eniş yaşandı, ehtiyat oyunçuya çevrildi, hətta milli komandadan bir müddət uzaq düşdü.

Nəhayət, Latviya ilə yoxlama görüşdən əvvəl milli komandamızın baş məşqçisi Fernandu Santuşun 33 yaşlı yarımmüdafiəçi ilə bağlı verdiyi qərar hər kəsi məmnun etdi.

Təxminən 8 aylıq aradan sonra bazubənd yenidən Emin qaytarıldı.

Təcrübəli futbolçu həm idman forması, həm də nizam-intizamı ilə hər zaman öndə olmağı bacarıb.

Yerli futbolçular arasında xüsusi çəkisi, yeri olan "Neftçi"li haqq etdiyi münasibəti gec də olsa gördü.

Ədalət bərpa olundu.

Düzdü, proseslər Eminin karyerasına ciddi təsir etdi.

Amma olanları geridə buraxmaq, önə baxmaq zamanıdır.

Ümid edək ki, portuqaliya mütəxəssisin atdığı addım Emin Mahmudovun ikinci qayıdışının başlanğıcı olacaq.

Buna həm "Neftçi"nin, həm də Azərbaycan millisinin böyük ehtiyacı var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti