SON DƏQİQƏ: Ölkəsində tarix yazan mütəxəssis Azərbaycan millisini çalışdıra bilər

11 İyun 2024 21:00 Milli komanda 4 955
SON DƏQİQƏ: Ölkəsində tarix yazan mütəxəssis Azərbaycan millisini çalışdıra bilər

AFFA-nın Azərbaycan millisinin baş məşqçi postuna axtarışları davam edir.

Əldə etdiyimiz məlumata görə, hazırda aktiv danışıqların getdiyi mütəxəssis İqor Angelovskidir.

Şimali Makedoniyadan olan çalışdırıcı 2020-ci ildə ölkəsinin millisini tarixində ilk dəfə Avropa çempionatına aparması ilə yadda qalıb.

48 yaşlı mütəxəssis millidən başqa vətənində "Rabotniçki", Xorvatiyada "Gorica" və Qazaxıstanda "Kaspi" klublarını çalışdırıb.

Angelovski bir neçə gün əvvəl Albaniya və Azərbaycan milliləri arasında baş tutan yoxlama matçını da stadiondan canlı izləyib.

Hazırda işsiz olan əcnəbi mütəxəssisin millimizin başına keçmək şansı yüksəkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır