Azərbaycan və Türkiyə üz-üzə gələcək – Heyətdə kimlər var?

31 May 23:20 Milli komanda 347
Azərbaycan və Türkiyə üz-üzə gələcək – Heyətdə kimlər var?

İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında olacaq. Matçlar saat 17:30-da start götürəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qürbətov, Emil Həsənzadə, Kamran Qürbətov

2-9 iyulda Bakıda dünya çempionatının Avropa zonası üzrə seçmə oyunları baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu