
“Çalışacağıq ki, yaxşı oyun göstərək. Qələbə qazanmaq istəyirik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının lideri Emin Mahmudov deyib.
Yarımmüdafiəçi Riqada Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq matçından danışıb:
“Rəqib keyfiyyətli komandadır. Amma biz qalibiyyət üçün meydana çıxacağıq. Bunun üçün yaxşı hazırlaşmışıq”.
O, “İlk qolunu Latviya yığmasına vurmusan və yenə qol vursan, milli tarixində yeganə bombardir olacaqsan. Bunu düşünürsənmi” sualına belə cavab verib:
“Bu barədə çox düşünmürəm. Əsas komandanın qələbəsidir.
Amma fürsət düşərsə, təbii ki, qol vurmağa çalışacağam. Çox düşünsəm, bu, bir az da gecikər, daha gec olar”.