
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya ilə üz-üzə gələcək.
Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Baltikayanı ölkədə qazanılacaq nəticənin yığmamız üçün əhəmiyyət var. Bir tək FİFA reytinqi sarıdan yox amma.
Əldə olunacaq qələbə futbolçuların hər birini 10 min manat irəli salacaq. Bu, AFFA rəhbərliyi tərəfindən onlara ayrılan mükafatdır.
Federasiya bunu bir məqsədlə edib: komandanı uğursuzluq zolağından çıxmağa ürəkləndirmək.
Çünki milli Santuş vəzifə başına gələndən, yəni son 1 ildə keçirdiyi 8 matçın yeddisində məğlubiyyət acısı dadıb və yalnız 1 dəfə meydandan heç-heçə ilə ayrılıb.
SPORTİNFO.AZ