Santuş Azərbaycan millisinə 5 hücumçu çağırdı - ADLAR

29 Avqust 2025 11:20 Milli komanda 2 828
Santuş Azərbaycan millisinə 5 hücumçu çağırdı - ADLAR

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya (5 sentyabr) və Bakıda Ukrayna (9 sentyabr) yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Futbolçusu milliyə ən çox dəvət alan klub "Qarabağ" olub. Ağdam təmsilçisindən 7 futbolçu heyətə çağırılıb.

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

Qapıçılar: Rza Cəfərov ("Neftçi"), Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Qismət Alıyev ("Zirə"), Elvin Bədəlov ("Neftçi"), Cəlal Hüseynov ("Arda" Bolqarıstan), Rəhman Daşdəmirov ("Sabah"), Anton Krivotsyuk (“Daejeon Hana Siti”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Ceyhun Nuriyev ("Zirə"), Səbuhi Abdullazadə ("Sumqayıt"), Emin Mahmudov ("Neftçi"), Anatoli Nuriyev ("Sabah"), Ozan Can Kökçü ("Volendam" Niderland), Şahin Şahniyarov ("Qəbələ"),

Hücumçular: Mahir Emreli ("Kayzerslautern", Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı (hər ikisi "Qarabağ"), Renat Dadaşov ("Motor", Polşa), Xəyal Əliyev ("Sabah")

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...