“Çempion olduq, indi bizə daha çox hörmət göstəriləcək”

10 İyun 2025 02:50 Milli komanda 1 089
“Çempion olduq, indi bizə daha çox hörmət göstəriləcək”

Minifutbol üzrə Azərbaycan komandasının qapıçısı Vəli Qafarov açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığması üzərində qazanılan qələbəni (4:2) şərh edib.

"Biz evdə dünya çempionu olduq. Bu, heyrətamiz hissdir.

Bakıdakı turnir mükəmməl keçdi və xoşdur ki, belə təşkilatçılıqla biz özümüzü itirmədik. Qələbələr xalqımıza yaraşır.

Biz dünyanın ən yaxşı komandalarından birinə çevrilmişik. İndi bizə daha çox hörmət göstəriləcək. Bu qələbəni xalqımıza həsr edirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti