Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

4 Avqust 2020 16:42 Maraqlı 656
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı dəyişdirilir.

Gənclər İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın Sportinfo.az-a verdiyi məlumata görə, Abşeron və Hövsan Olimpiya İdman Kompleksləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilir.

Bununla bağlı sabah açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov və TƏBİB-in sədri Ramin Bayramlı iştirak edəcəklər.

Abşerondakı tədbir saat 15.00-da, Hövsandakı mərasim isə 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!