COP29

Qurban Qurbanov qəsəbədə görününcə... MARAQLI VİDEO

20 Aprel 19:40 Maraqlı 459
Qurban Qurbanov qəsəbədə görününcə... MARAQLI VİDEO

"Qarabağ"ın uğurlarının memarı olan Qurban Qurbanov haqlı olaraq getdiyi hər yerdə böyük diqqət görür.

Bu dəfə oxşar mənzərə Masazırda yaşanıb.

Söhbət Premyer Liqanın 30-cu turunda "Sabah"a məğlubiyyətdən sonra (2:3) yaşananlardan gedir.

Təcrübəli mütəxəssis final fitindən təxminən 1 saat sonra "Bank Respublika Arena"nı tərk edib.

Amma bu qədər gec getməsinə rəğmən yenə tərəfdarların sevgisilə qarşılaşıb.

Öncə onunla arenanın mühafizəsini təşkil edən əməkdaşlar foto çəkdirib, ardınca məhəccərin arxasından mütəxəssisi görən çox sayda azarkeşin səs-küyü ətrafı bürüyüb.

Həmin anlara aşğıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti