"Qarabağ"ın "qol silahı"na bir də belə baxaq...

16 Avqust 2022 23:00 Maraqlı 2 420
"Qarabağ"ın "qol silahı"na bir də belə baxaq...

Son zamanlar “Qarabağ”da ən çox tənqid olunan futbolçulardan biri və bəlkə də birincisi İbrahima Vadji idi.

Keçmiş zamanda ona görə danışıram ki, avrokuboklardakı son 3 görüşdə vurduğu 4 qolla tənqidlərin dozasını azalda və ya tam da kəsə bilib deyə düşünürəm.

Hətta “Sürix”lə oyundakı vacib 2 qolu da ona münasibəti dəyişməmişdi. Macarıstandakı son dublun da dəyişdiyini düşünmək olmaz. Sadəcə önünü kəsib demək olar. Çünki yenə də əksəriyyət onun “Qarabağ”lıq hücumçu olmadığı qənaətindədir.

Ötən yazıların birində onun elə əsl “Qarabağ”lıq forvard olmasını meydanda qol vurmadan verdiyi faydalarla izah etmişdim. Bir daha qısaca təkrar yazım ki, Qurban Qurbanovun “Qarabağ”ına məhsuldar forvarddan çox, məhsuldar yarımmüdafiəçi lazımdır.

Görürəm ki, bir qisim yenə “forvardın işi qol vurmaqdır” deyib dad edir.

Ərinmədim, açıb Vadjinin “Qarabağ”dakı statistikasına baxdım ki, görək burda vəziyyət necədir. Sən demə məsələnin bu hissəsi də İbrahima adına, sadəcə əladır.

Adam “köhlən atlar”ın formasında meydana çıxdığı 34 matçda 20 qola öz imzasın yazdırıb. Deməli, 27 yaşlı oyunçu 1.7 oyundan bir qol vurur. Məncə, əla statistikadır. Bu minvalla hətta Vadjiyə son illər “Qarabağ”a gəlmiş ən məhsuldar forvardı da deyə bilərik.

Ümid edək ki, belə məhsuldarlığın davamı Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə matçlarda da gələcək...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı