Avrokuboklardakı klublarımızın nəzərinə - UEFA qərar verdi

24 İyun 2021 19:20 Maraqlı 816
Avrokuboklardakı klublarımızın nəzərinə - UEFA qərar verdi

UEFA 2021/2022 mövsümündən Avropa yarışlarında səfər qolu qaydasını ləğv edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Yeni qərara əsasən, iki oyunun nəticəsinə əsasən, hesab bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası olacaq.

Qeyd edək ki, səfər qolu qaydası Çempionlar Liqasında, Avropa Liqasında və Avropa çempionatının pley-off mərhələsində tətbiq olununrdu. Bu qaydaya görə, iki matçın nəticəsindən sonra bərabərlik olması halında, səfərdə daha çox qol vuran komanda növbəti mərhələyə yüksəlirdi.

Digər Xəbərlər
Xəbər Lenti