Tələsib tələyə düşənlər

9 Avqust 2019 16:25 Köşə 891
Tələsib tələyə düşənlər

Bəli, “Bney Yehuda”nın qapalı futbol oynayacağını, bütün komanda ilə müdafiə olunacağını, ümidini əks-hücumlara bağlayacağını oyundan əvvəl uşaq da bilirdi. Elə deyəsən, “Neftçi”nin baş məşqçisi Bordin də bilirmiş.

Bilirdisə, onda qarşılaşma başlayan kimi “Neftçi” hövlənək, tənginəfəs özünü niyə israillilərin cərimə meydançasının ətrafına atdı ki? Hara tələsirdi “Neftçi”? Nə itirilmişdi ki, belə səbrsiz halda axtarırdılar? Axı bilməliydilər ki, “Bney Yehuda” onlara boş mövqe verməyəcək. Bunun üçün səbr etmək, rəqibi “bişirmək” lazım idi ki, boşluqlar buraxsınlar. Amma israillilər gözləmədikləri “hədiyyə” aldılar. “Neftçi” oyuna əsəbi, səbrsiz başladı. “Bney Yehuda”ya da bu avantüra lazım idi. Lazım idi ki, əks-hücumlar qursunlar. Qurdular və asanlıqla 2 qol vurdular.

Sanki Bordin “Neftçi”nin futbolçularına belə tapşırıq vermişdi: Qarşılaşma başlayan kimi hücum edin, 2-3 qol vurun.

Rəqibin tam müdafiə olunacağını bilən komanda belə oynamamlı idi. Topu özünə saxlamalı, boşluqlar axtarmalı, rəqibi topsuz qaçmağa, səhv etməyə vadar etməli idi.

Belə çıxır ki, Bordin rəqibi ya analiz etməyib, ya da edə bilməyib. Ya da ki, italyan bilir ki, onun komandası topla oynamağa qadir deyil. Hə, burda dayanaq. Topla oynamağı bacarmaq hər oğulun – yəni, hər komandanın işi deyil. Bunu bacarırsansa, özün səbrli olursan, rəqibi əsəbləşməyə məcbur edirsən. Bacarmayanda isə tələsirsən və tələyə düşürsən. Eynən “Neftçi” kimi.

Tural Turan

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu