Cavid Hüseynov “Dinamo”dan ayrılan məşqçini özünə köməkçi götürdü

7 İyul 2022 17:40 Şamaxı 1 932
Cavid Hüseynov “Dinamo”dan ayrılan məşqçini özünə köməkçi götürdü

“Şamaxı”da baş məşqçi kimi fəaliyyətə başlayan Cavid Hüseynov özünə yeni köməkçi götürüb.

Bu, Miloş Yevtiçdir.

Serbiyalı komandanın fiziki hazırlığına məsuldur.

Beləliklə, “Şamaxı”ya toplaşan məşqçilərin sayı 4-ə çatıb. Elhad Nəziri, Vüqar Əsgərli və Anar Niftəliyev Cavid Hüseynovun korpusuna daxildir.

Yevtiç əvvəllər də Azərbaycanda çalışıb. O, ilk dəfə 2008-ci ildə bura gəlib,

“İnter”də (indiki “Şamaxı”) Kaxaber Sxadadzenin köməkşisi olub. Cavid Hüseynov onu elə həmin vaxt formasını geyindiyi “İnter”dən yaxşı tanıyır.

Yevtiçin son iş yeri Tbilisi “Donamo”su olub. Gürcüstan klubunda kazaber Sxadadze ilə çalışan mütəxəssis ötən ayın ortasında onunla bərabər buradan ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da