Azərbaycan yığmasının Premyer Liqa üçün heyəti

13 Yanvar 2024 00:10 Karate 747
Azərbaycan yığmasının Premyer Liqa üçün heyəti

Azərbaycan karate millisinin 2024-cü ilin ilk mötəbər yarışı üçün heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqada 8 idmançımız mübarizə aparacaq.

Reytinq turnirində Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) və üçqat dünya çempionu İrina Zaretska (68 kq) tatamı üzərinə çıxacaqlar.

Yanvarın 26-28-i aralığında keçiriləcək Premyer Liqada 58 ölkədən 381 karateçi iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır