Ağayev amerikalını "Karate Combat"da döydü - FOTOLAR

26 İyun 2023 02:50 Karate 537
Ağayev amerikalını "Karate Combat"da döydü - FOTOLAR

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.

Turnirdə iştirak edən Azərbaycanın digər karateçisi Şahin Atamov isə fransalı Kenci Qrillona məğlub olub.

Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!