Azərbaycan və Türkiyə yığmaları birgə hazırlaşır – AÇ üçün

12 İyun 2023 00:00 Karate 794
Azərbaycan və Türkiyə yığmaları birgə hazırlaşır – AÇ üçün

Azərbaycanın yeniyetmə qızlardan ibərət yığmasının 12 üzvü iyunun 4-dən etibarən Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Sportinfo.az xəbər verir ki, Türkiyənin yeniyetmələrdən ibarət komandası ilə yanaşı, Gürcüstandan olan idmançılarla birgə baş tutan hazırlıq prosesi 18 iyuna qədər davam edəcək.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.

Təlim-məşq toplanışı 22-25 iyun tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?