Atasının yoluyla gedən, "Yuventus"un fanatı olan azərbaycanlı “Brilyant oğlan”

5 Mart 2023 02:20 Karate 426
Atasının yoluyla gedən, "Yuventus"un fanatı olan azərbaycanlı  “Brilyant oğlan”

Dünya karatesinin “Brilyant oğlan”ı, 5 qat dünya, 11 qat Avropa çempionu, Olimpiya ikincisi Rafael Ağayev 38 yaşını qeyd edib.

Sportinfo.az xəbər verir ki, o, 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

Atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilib, ona ilk vərdiş və bacarıqları aşılayıb.

İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb edib və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan “Budokan”da məşq etməyə dəvət alıb.

Rafael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilib.

O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak edib. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olub və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmayıb.

Rafael Ağayev karate ilə məşğul olmağa yeddi yaşında başlayıb. İdmanda atdığı ilk addımlarda Rafael Məmmədovun (məşqçi) rolu həlledicidir. Brüs Linin lent yazılarını seyr etmək Rafaeli ruhlandırırdı.

Həmin vaxtı o, uşaq idi və Brüs Linin məşq etdiyi kunq-fu idman növünü karate ilə səhv salırdı. Uşaqlıqda dəcəl olduğu üçün valideynləri onun karate ilə məşğul olmağına qərar verdilər və Rafaeldə də bu idman növünə həvəs yaradırdılar.

2003-cü ildə 21 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olub, 2007-ci ildə oranı güləşmə və onun metodikası karate üzrə məşqçi-müəllim ixtisası üzrə bitirib.

Həmişə yarışdan əvvəl Allaha dua edir. 2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ildə yarışlara qatıla bilmədi. 2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlayıb.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rafael Ağayev 2015 Avropa Oyunlarında çempion adını qazanıb, qızıl medala sahib olub.

O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da mübarizə aparıb. Finala qədər yüksələn Rafael Ağayev həlledici görüşdə məğlub olaraq Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Azərbaycanın tanınmış karateçisinə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.

Rafael Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.

R.Ağayev“Yuventus”un sadiq azarkeşidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"