Azərbaycanda federasiyaya yeni baş katib təyin olundu - FOTO

5 Mart 2023 01:10 Karate 386
Azərbaycanda federasiyaya yeni baş katib təyin olundu - FOTO

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, иu post Qabil Sayadova tapşırılıb.

O, ötən il noyabrın sonunda bu vəzifəyə təyin edilmiş Camal Murtuzəliyevi əvəzləyib.

WFKU (World Full Contact Karate Union)-nun Azərbaycanda rəsmi nümayəndəsi, Avropa Kyokuşin Karate Təşkilatının kata və kumite üzrə A kateqoriyalı referisi, beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimi Q.Sayadov, həmçinin Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olmuş, Xətai İdman Mərkəzi və Araz-Zəngilan Peşəkar İdman Klubunun təsisiçisi və rəhbəridir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!