Milli Məclisin deputatı prezident seçildi – Bu federasiyada

9 Fevral 2023 03:50 Karate 501
Milli Məclisin deputatı prezident seçildi – Bu federasiyada

Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Yığıncaq iştirakçılarını salamlayan Asossiasiyanın üzvü Həmdiyyə Məmmədov yığıncağın gündəliyi barədə məlumat verib.

Yığıncaqda Azərbaycan Karate Federasiyaları Asossiasiyasının rəhbərliyinə seçkilər keçirilib. Asossiasiyanın prezidenti vəsifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna isə Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər.

Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.

Yığıncaqda Azərbaycan Karate Federasiyaları Asossiasiyasının prezidenti Ülvi Quliyev çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Sonda Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək Asossiasiyanın yeni seçilən rəhbrəliyini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"